Ermənistanda məhkum tibb mərkəzindən qaçdı

Ermənistanda məhkum tibb mərkəzindən qaçdı
  19 Fevral 2019    Oxunub:1625
Ötən axşam Ermənistanın “Nubaraşen” həbsxanasının məhbusu, 1974-cü il təvəllüdlü Ayk Qalstyan stasionar müalicə üçün yerləşdirildiyi “Ermənistan” tibb mərkəzindən qaçıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, erməni məhbus müalicə aldığı tibb mərkəzində saxlanıldığı palatanın pəncərəsindən qaçıb.

Ayk Qalstyan ağır və ya xüsusilə ağır cinayətdə prokurorluğa yalan ifadə verməkdə ittiham olunur. Bundan əvvəl o, 9 dəfə məhkum olunub.

Qeyd edək ki, hazırda Ermənistanın “Nubaraşen” həbsxanasında 7 məhkum aclıq aksiyası keçirir. Onlardan ikisi ömürlük azadlıqdan məhrum edilmiş Armen Ter-Saakyan və Aram Xaçikyandır. Məhkumlar onlara qarşı açılan cinayət işinə yenidən baxılması və yol verilən haqsızlığa son qoyulmasını, həmçinin, Ermənistanın ədliyyə naziri Artak Zeynalyanla görüş tələb edirlər.

Onu da xatırladaq ki, “Nubaraşen” həbsxanasında saxlanılan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əlehinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölüb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti