Ucarda 16 otaqlı evdə yanğın olub

Ucarda 16 otaqlı evdə yanğın olub
  19 Fevral 2019    Oxunub:1743
Ucar rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 16 otaqlı evin birinci mərtəbəsində 1 otağın tavanı 30 m² sahədə, ikinci mərtəbəsində 1 otağın və mətbəxin tavanı 60 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti