Dəmir yolu ilə 256 milyon dollarlıq yük daşınıb

Dəmir yolu ilə 256 milyon dollarlıq yük daşınıb
  19 Fevral 2019    Oxunub:1703
Yanvarda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 504 min 483 ton yük daşınıb ki, bu yüklərin dəyəri 256 milyon 148 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 134 min 742 ton yükün dəyəri 54 milyon 153 min dollar təşkil edib.

Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 369 min 741 ton, dəyəri isə 201 milyon 995 min dollar olub.

Azvision.az



Teqlər:





Xəbər lenti