Koçaryanın oğluna qarşı cinayət işi açıldı

 Koçaryanın oğluna qarşı cinayət işi açıldı
  18 Fevral 2019    Oxunub:2277
Ermənistanın sabiq prezidenti, hazırda həbsdə olan Robert Koçaryanın böyük oğlu Sedraka qarşı cinayət işi açılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sedrak Koçaryan çirkli pulların yuyulması və vergidən yayınmada ittiham edilir. Ondan ölkəni tərk etməmək barədə iltizam alınıb.
Bundan əlavə, S.Koçaryan “Konqres” mehmanxanasının özəlləşdirilməsinə görə açılan cinayət işi çərçivəsində dindirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, Koçaryanın oğulları həmin obyekti 6 milyon dollar rüşvət müqabilində ələ keçiriblər.

Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti