312 minə yaxın suriyalı qaçqın öz evlərinə qayıdıb

  18 Fevral 2019    Oxunub : 823
 312 minə yaxın suriyalı qaçqın öz evlərinə qayıdıb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdikləri antiterror əməliyyatlarından sonra 312 minə yaxın suriyalı öz evlərinə qayıdıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Onun sözlərinə görə, “Zeytun budağı” və “Fərat qalxanı” adlı əməliyyatlar həmin ərazilərdə əmin-amanlıq və sülhün bərqərar olmasına səbəb olub.

“Sözügedən əməliyyatlar nəticəsində bu ərazilər YPG/PKK və İŞİD terror təşkilatlarından azad olunub, Əl-Bab, Afrin və Əzaz yaşayış məntəqələrində insanların dinc həyatı yenidən bərpa edilib”, -nazir deyib.

Soylu diqqətə çatdırıb ki, 2011-ci ildə Suriyada başlamış silahlı münaqişə nəticəsində öz evlərini tərk edən 3,6 milyon insan Türkiyədə sığınacaq tapıb. Ankara bu müddət ərzində suriyalı qaçqınlara yardımlar göstərilməsinə öz milli büdcəsindən 32 milyard dollar xərcləyib.

Azvision.az

Teqlər: Türkiyə   Suriya   Soylu