Xameneyidən çağırış: “Avropaya aldanmayın!”

Xameneyidən çağırış: “Avropaya aldanmayın!”
  18 Fevral 2019    Oxunub:1735
İranın ali dini lideri Ayətulla Əli Xameneyi hökuməti nüvə sazişinin iştirakçısı olan Avropa ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) tərəfindən aldanmamağa çağırıb.
Azvision.az “Press TV”yə istinadən xəbər verir ki, Xameneyi bu gün dövlət televiziyası ilə çıxışında hökumətə xəbərdarlıq edib. Bildirib ki, iranlı rəsmilər dostu düşməndən ayırmağı bacarmalıdır.

“Amerikanın bizə qarşı düşmənçiliyi barizdir. Avropalıların isə münasibəti aldadıcıdır. Dövlət rəsmilərimiz avropalılara aldanmamalıdırlar. Düşmənlərimizin qəlbi İslam Respublikasına qarşı düşmənçiliklə dolub. Bəzən düşmən dişini qıcayır, bəzən yumruq atır və bəzən də gülümsəyir. Bunlar arasında heç bir fərq yoxdur və hətta onların gülüşü də ədavətdən doğur”, – deyə Xameneyi vurğulayıb.

İranın ali dini lideri onu da əlavə edib ki, bu gün həm daxildən, həm də xaricdən müxtəlif problemlərlə üzləşən ABŞ artıq zəifləyib və sadəcə “isti hava üfürməklə” məşğuldur. Bu mənada, Xameneyi ABŞ-ın Polşada keçirdiyi anti-İran beynəlxalq konfransının iflasa uğradıını bilidirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti