Azərbaycan özünü şprislə tam təmin edəcək

Azərbaycan özünü şprislə tam təmin edəcək
  18 Fevral 2019    Oxunub:2201
Pirallahı Sənaye Parkında iki dərman istehsalı zavodunun tikintisi başa çatmaq üzrədir. Hesab edirəm ki, 3 ay ərzində proses yekunlaşacaq.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Parkda Azərbaycanı tam təmin edən və müasir standartlara cavab verən şprislərin istehsalına başlanılacaq: "Bu sahədə idxaldan tam azad olunacağıq. Avropa texnologiyası ilə istehsal olunacaq şprislər standartlara tam cavab verəcək və vətəndaşların təlabatını təmin edəcək. Bundan əlavə, Rusiyanın "R Farma" şirkəti ilə birgə dərman zavodunun istehsalına başlamışıq. Zavodun tikintisi 2-3 ay ərzində başa çatacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dərman   Zavod   Şpris  





Xəbər lenti