Ermənistanda mart qırğını ilə bağlı 76 cildlik cinayət işi

 Ermənistanda mart qırğını ilə bağlı 76 cildlik cinayət işi
  18 Fevral 2019    Oxunub:1651
Ermənistanda 2008-ci ilin martın 1-də keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işinin materialları 76 cilddən ibarətdir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş nazir müavini Armen Qevorkyanın vəkili Erik Aleksanyan mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, materilların çoxluğu onların tam və dəqiq oxunması üçün kifayət qədər vaxt aparacaq. Bu səbəbdən 19 fevraladək müdafiə tərəfinin ittihamların əks olunduğu materiallarla tanışlığı üçün nə qədər vaxt tələb olunması barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinə məlumat veriləcək.

Qeyd edək ki, 76 cildlik cinayət işi materialları Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazirin müavini Armen Qevorkyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova qarşı aparılan və artıq başa çatan istintaq prosesi nəticəsində yığılıb. Koçaryan, Ohanyan və Xaçaturov 2008-ci ilin mart hadisələrində və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdində ittiham olunurlar. Armen Qevorkyan isə külli miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında, konstitusiya quruluşunu devirmək cəhdində iştirakda və 1 mart hadisələrilə bağlı ədalət mühakiməsinə əngəl törətməkdə ittiham edilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti