Ərdoğan Putinin ən çox güvəndiyi liderlərdəndir

Ərdoğan Putinin ən çox güvəndiyi liderlərdəndir
  18 Fevral 2019    Oxunub:1612
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin ən çox etibar etdiyi dövlət başçılarından biridir.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyənin “Hurriyet” qəzetinə müsahibəsində “Ərdoğan Putinin ən çox güvəndiyi liderlər sırasındadırmı?” sualına cavabında deyib: “Əlbəttə. Onlar bir-birilərini çox yaxşı başa düşürlər” – Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Rusiya İranla birlikdə Suriyada atəşkəsə qarat ölkələrdir. Ötən həftə hər üç ölkə prezidentlərinin iştirakı ilə Soçidə Suriyadakı vəziyyətlə əlaqədar sayca 4-cü sammit keçirilib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   Türkiyə   Rusiya  





Xəbər lenti