“Porsche” ilə vuruldu, üstündən “Volkswagen” keçdi

 “Porsche” ilə vuruldu, üstündən “Volkswagen” keçdi
  18 Fevral 2019    Oxunub:2413
Fevralın 15-də saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Abasov idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini S.Hüseynovanı vuraraq yolun hərəkət hissəsinə atıb və arxadan gələn “Volkswagen” markalı, A.Əliyevin idarə etdiyi avtomobil onun üzərindən keçib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti