Axtarışda olan keçmiş məhkum tapıldı

Axtarışda olan keçmiş məhkum tapıldı
  18 Fevral 2019    Oxunub:1772
Nəsimi RPİ 19-cu PŞ və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş, Qazax rayon sakini E.Eyvazov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aprılan tədbirlərlə onun fevralın 7-də bir mağazadan 1200 manat, noutbuk və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti