4 evdən oğurluq edənlər ələ keçdi

4 evdən oğurluq edənlər ələ keçdi
  18 Fevral 2019    Oxunub:1516
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 3300 manat dəyərində qızıl-zinət əşyaları və 125.000 rubl (4300 manat) oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Ağacanzadə və S.Quliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, E.Ağacanzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 4-də daha bir evdən də 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Beundan başqa pğurluq etdiyinə görə tutulmuş X.Şirinovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 1-dən cari il yanvarın 17-dək olan müddətdə Quba rayon sakini T.Məmmədovla birgə rayon ərazisindəki 2 evdən və 1 avtomobildən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə T.Məmmədov da saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti