Azərbaycanın elektrik enerjisi ixracı artıb

Azərbaycanın elektrik enerjisi ixracı artıb
  18 Fevral 2019    Oxunub:1973
Yanvarda Azərbaycanın elektrik enerjisi ixracı artıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a bildirilib ki, ötən ay ölkədən 248 milyon 475 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 11 milyon 116 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin ilk ayında Azərbaycandan 60 milyon 611 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 2 milyon 566 min dollar olub.

Azvision.az



Teqlər: Elektrik  





Xəbər lenti