Cəlilabadda evdən 9 kq-a yaxın narkotik götürülüb

Cəlilabadda evdən 9 kq-a yaxın narkotik götürülüb
  18 Fevral 2019    Oxunub:2239
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini D.Cəfərli 79 qrama yaxın narkotik vasitə olan tiryəki satarkən cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi Ş.Novruzov da saxlanılıb.

Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə oradan çəkisi 2 kiloqram 158 qramdan artıq heroin, 6,1 kiloqrama yaxın tiryək, 174 qramdan çox həşiş və 42 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti