Sumqayıtda 3 nəfər köməksiz vəziyyətdə qalıb

  17 Fevral 2019    Oxunub : 669
Sumqayıtda 3 nəfər köməksiz vəziyyətdə qalıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində ikisi azyaşlı olmaqla 3 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN