Temperatur enəcək, qar yağacaq - Xəbərdarlıq

  Temperatur enəcək, qar yağacaq -    Xəbərdarlıq
  17 Fevral 2019    Oxunub:4698
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7° aşağı enəcək.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti