Astarada 5 uşaq atası intihar edib
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Mərhumun yaxınlarının sözlərinə görə, intiharın səbəbi məlum deyil. Onlar bildiriblər ki, İlqar Nəhmətov normal həyat tərzi sürüb, psixoloji cəhətdən də hər hansı bir problemi olmayıb. Mərhumun meyit daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Uzun illər Rusiya Federasiyasında yaşayan İ.Nəhmətov ailəli olub və 5 övladı var. Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Azvision.az