Sumqayıtda yanğın olub: 30 nəfər təxliyə edilib

  16 Fevral 2019    Oxunub : 923
 Sumqayıtda yanğın olub: 30 nəfər təxliyə edilib
Sumqayıt şəhərində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə və bitişik digər binanın dam örtüyü 1 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın