Mağazalardan oğurluq edən 4 nəfər tapılıb

Mağazalardan oğurluq edən 4 nəfər tapılıb
  16 Fevral 2019    Oxunub:1880
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Musayev və əvvəllər məhkum olunmuş S.Həsənzadə saxlanılıblar.
Azvision.az -a verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 mağazadan oğurluğa cəhd göstərmiş, 2 mağazadan isə 440 manat oğurlamaqda şübhəli bilinən Novo-Saratovka kənd sakini İ.Novruzzadə və Şirvan şəhər sakini Ü.Fərziyev saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti