Qənirə Paşayeva: “3-4 ildən sonra əziyyət çəkəcəyik”

Qənirə Paşayeva: “3-4 ildən sonra əziyyət çəkəcəyik”
  13 Noyabr 2013    Oxunub:2470
Bu gün Milli Məclisdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva birinci qrup əlillərin problemlərindən danışıb.
AzVision.az-ın məlumatına görə, xanım millət vəkili bildirib ki, onlar ödənişli əsaslarla universitetlərə daxil olarkən təhsil haqqından azad olunmalıdırlar.

“Onların sayı o qədər də deyil, bu büdcədə də problem yaratmaz. Bu əlillərə böyük dəstək olardı. Çünki onlara verilən müavinətlər təhsil haqlarını o qədər də ödəmək iqtidarında deyil”.

Deputat eyni zamanda tələbələrin yataqxana probleminə toxunaraq bildirib ki, universitetə rayondan gələnlərin yataqxanalarda yerləşdirilməsi problemi ciddi narahatlıq doğurur:

“Elə ailələr var ki, uşaqlarını burada oxutmaq üçün kirayə ev tuta bilmir, o vəsaiti ödəyə bilmir. Bu problem həll olunmalıdır. Rektorlar bu məsələyə ciddi nəzarət etməlidir ki, yataqxanalar yenidən bərpa olunsun” .

Q.Paşayeva daha sonra ipoteka kreditlərinin faiz dərəcələrinin yüksək olmasından söz açıb. Qeyd edib ki, bu faizlərlə hər hansı vətəndaşın ev alması çox çətindir:
“İnsanların bütün ümidi ipotekaya qalıb. İpotekaya nə qədər böyük ehtiyac var, müraciətlər çoxdur. Orta aylıq əmək haqqı alan insanın ipoptekadan kənar ev alması çətindir. Buna görə ipotekaya ayrılan vəsaitin artması insanların ev almasına kömək edərdi”.

Q.Paşayeva həmçinin hepatet C virusinun bəlaya çevrildiyini deyib:

“Mütəxəssislər təsdiq edir ki, 3-4 ildən sonra
biz bundan böyük əziyyət çəkəcəyik. Bu sahədə ciddi addımlar atılmalıdır, burada maarifləndirilmədən tutmuş bir çox sahələri özündə əhatə edən dövlət proqramı qəbul edilməlidir. Bu çox bahalı müalicədir. İnsanların pulsuz dializ edilməsi üçün dövlət kömək edir. Bu yaxşıdır. Lakin insanlar dializdə uzun müddət qalanda narahat olurlar. Böyrək köçürülməsi məsələsinə baxılmalıdır. Əgər donor varsa, dövlətimiz pulsuz şəkildə donoru köçürsünlər. O zaman dövlətində xərcləri azalar”.

Qarabağ və şəhid ailələri mənzil probleminin olduğunu bildirən millət vəkilinin sözlərinə görə, 2011-ci ildən indiyədək onlara ev verilmir: “Kəndlərdə yaşayan Qarabağ əlillərinə fərdi yaşayış evlərinin tikilməsini təklif edirəm. Təklif edirəm ki, 2014-cü ildə bu problem öz həllini tapsın.”

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti