2-ci Alatavada evlərdən oğurluq edən şəxs tutuldu - FOTO

  16 Fevral 2019    Oxunub : 788
2-ci Alatavada evlərdən oğurluq edən şəxs tutuldu - FOTO
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki 2 mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda sübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramin Ələsgərov olduğu müəyyən edilmişdir. Faktla bağlı cinayət işi başlanılıb.



Azvision.az

Teqlər: DİN   oğurluq