İsmayıllıda avtobus qadını vurub

  16 Fevral 2019    Oxunub : 1734
İsmayıllıda avtobus qadını vurub
Fevralın 15-də saat 18 radələrində İsmayıllı şəhəri ərazisində şəhər sakini A.Babayev idarə etdiyi “İsuzu” markalı avtobusu arxaya verərkən yolu keçən Nərgiz Bağıyevanı vurub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza