Bakıda qadın evdən 10 min dollar oğurlayıb

   Bakıda qadın evdən 10 min dollar oğurlayıb
  16 Fevral 2019    Oxunub:2568
Bakıda evdən oğurluq edən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədova saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti