Oğru iş başında yaxalandı

Oğru iş başında yaxalandı
  16 Fevral 2019    Oxunub:2405
Fevralın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonunun Ə.Hacıyev küçəsində “Hyundai” markalı avtomobilin qapısını bıçaqla açmağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, 25-ci Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Lənkəran rayon sakini C.Hacızadə olduğu müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti