Cinayət törədən 64 nəfər saxlanılıb
qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Azvision.az
Teqlər: DİN