Qeyd olunub ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır ki, bunlardan da 23 min 523-ü qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I sinfində tədrisə 2429-u qız olmaqla, 5023 şagird cəlb olunub. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali, 615-i orta ixtisastəhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208-i isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunanların 331-i 500-700 arası bal toplayıb ki, bunlardan da 190-ı qızlardır. 2017- 2018-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medala, 151-i isəfərqlənmə attestatına layiq görülüb.
Medallara layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 6 nəfər 600-650, 18 nəfər 650-700 arası bal toplayıb. Onlardan 6-sı Prezident təqaüdünə layiq görülüb.
Azvision.az