Oğurluq edən şəxslər tutuldu

Oğurluq edən şəxslər tutuldu
  15 Fevral 2019    Oxunub:1655
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 4-də əcnəbi vətəndaşa məxsus, içərisində 17 manat, 2 ədəd mobil telefon və yaddaş kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərmanlı saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki evlərin birindən 500 manat və 1000 rubl, habelə qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Hindarx qəsəbə sakini N.Savalanov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari il yanvarın 30-da rayon ərazisindəki daha bir evdən 150 manat və qızıl əşyalar oğurlaması müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti