Bakıda oğurluq edən dəstə tutuldu

Bakıda oğurluq edən dəstə tutuldu
  15 Fevral 2019    Oxunub:2002
Fevralın 14-də Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Salyan yolu küçəsində yerləşən şirkətlərin birinin həyətindən mühərriklər, yüksək təzyiqə davamlı borular, elektrik avadanlıqları və dəmir ayaqaltıların oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakinləri N.Hüseynzadə, H.Nadirov və Bakı şəhər sakini H.Məmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti