Oğurlanan maşını 2 ildən sonra tapılıb

Oğurlanan maşını 2 ildən sonra tapılıb
  15 Fevral 2019    Oxunub:2191
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin yanvarın 19-da Köhnə Kotec qəsəbəsi ərazisindən qəsəbə sakini Z.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Zəkiyev avtomobillə birgə saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oolis əməkdaşları tərəfindən onun digər cinayət əməlinin də üstü açılıb. M.Zəkiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ilin avqust ayında “VAZ-2106” markalı başqa bir avtomobili qaçırdığı, onu hissələrə bölərək satması, habelə 2018-ci ilin iyul ayında digər “VAZ-2107” markalı avtomobili qaçırması və Göyçay rayon sakininə satması müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti