Keçmiş məhkum 1 kq heroinlə tutuldu

Keçmiş məhkum 1 kq heroinlə tutuldu
  15 Fevral 2019    Oxunub:1826
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən isə çəkisi 1 kiloqram 50 qram heroin aşkar edərək götürüb.


Azvision.az


Teqlər: DİN   Narkoitk  





Xəbər lenti