Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  14 Fevral 2019    Oxunub:1594
Fevralın 13-də saat 16 radələrində Ağdaş şəhəri ərazisində şəhər sakini H.Azəri idarə etdiyi “VAZ-21013” markalı avtomobili qarşıda gedən Zaqatala rayon sakini Ş.Məmmədovun idarə etdiyi ekskovatora vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən H.Azəri orada ölüb. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti