Ailəsi Şəmkirdə, özü Qubada yaşayır - 23 yaşlı kənd müəllimi

   Ailəsi Şəmkirdə, özü Qubada yaşayır -    23 yaşlı kənd müəllimi
  14 Fevral 2019    Oxunub:7545
“Qubada tədris mərkəzlərinin birində təcrübə keçərkən buranın təbiəti, insanları marağımı çəkdi. Bu səbəbdən müəllimlərin işə qəbulu imtahanında məhz bu məktəbi yazdım”
Bunu Azvision.az -a Qubanın Qəçrəş kənd orta məktəbinin gənc müəllimi Gülər Abdullayeva deyib.

Müəllimlərin işə qəbulu imtahanında 44 bal toplayan 23 yaşlı G.Abdullayeva Şəmkir rayon sakinidir. Ailəsindən ayrı yaşayan gənc müəllim Quba rayonu şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində Biologiya fənni üzrə dərs deyir. O, eyni zamanda sinif rəhbəridir.



"İki ildir pedaqoji fəaliyyətlə məşğul oluram. 24 saatlıq dərs yükü ilə 567 manat maaş alıram. Bu məktəbi seçməyimdə ailəm tərəfindən heç bir problem yaradılmayıb. Qəçrəşdə kirayə qalıram. Hazırda IV qrupa qəbul imtahanı vermək istəyən bir şagirdi hazırlaşdırıram. Təhsilimi davam etdirmək istəyirəm, ona görə də magistr təhsilimi Türkiyədə almağı düşünürəm”.

Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Quba   Müəllim  





Xəbər lenti