Qanunsuz ov edən şəxslər saxlanılıb - FOTOLAR

  13 Fevral 2019    Oxunub : 763
Qanunsuz ov edən şəxslər saxlanılıb - FOTOLAR
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin (XPM) 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan bir neçə brokonyer saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Saatlı rayon sakini Nizam Əliyev saxlanılıb. Qanunsuz balıq ovu ilə məşğul olan həmin şəxsdən 43 ədəd durna balığı, 24 ədəd daban balığı, 1 ədəd akkumlyator, 1 ədəd elektrik artırma cihazı (balıq ovlama ləvazimatı), 1 ədəd fonar, 1 ədəd rezin qayıq və digər əşyalar götürülərək Su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. N.Əliyev tutduğu əməldən peşiman olduğunu bildirib. Saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı ona balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.



İmişli Xətt Polis Məntəqəsinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə keçirdiyi daha bir tədbir zamanı qanunsuz ov etdiyinə görə Saatlı rayonu Soltanabad kənd sakini Şəhriyar Əsgərov da saxlanılıb. Saxlanılan şəxsdən baxış zamanı qırmızı kitaba düşmüş iki ədəd bərzək quşu, bir ədəd ov silahı və patron götürülüb.



Su polisinin keçirdiyi növbəti tədbir zamanı küstar üsulla (gərginlik artıran cihazla) qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxs- Tovuz rayon sakini Qələndər Məmmədov da saxlanılıb. Həmin şəxsdən 110 ədəd qara balıq götürülüb. Qanunsuz balıq ovlayarkən saxlanılan şəxs etiraf edib ki, su polislərinin gəldiyini görüb “domça” adlandırılan balıqovlama vasitəsini suya atıb.



Araşdırma zamanı Q.Məmmədovun 6 ay əvvəl də qanunsuz balıq ovu ilə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin əməkldaşları tərəfindən saxlanıldığı və xəbərdarlıq edildiyi məlum olub.Amma həminşəxs xəbərdarlığa məhəl qoymayaraq yenidən qanunsuz olaraq balıq ovu ilə məşğul olduğu üçün yenidən saxlanılıb.



Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə regionlarda balıqları antisanitariya şəraitində hisə verən, insan sağlamlığına ciddi fəsad yetirən elektrik avadanlığı ilə balıq ovlayan, qırmızı kitaba düşmüş quşları ovlayan, həmçinin balıq qumlarının daşınmasının qarşısının alınması, Mingəçevir şəhərində krevetkaların kütləvi şəkildə qanunsuz olaraq tutanlara qarşə mübarizə istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.



Azvision.az

Teqlər: