Bakı avtorallisi 175 ölkədə yayımlanacaq

Bakı avtorallisi 175 ölkədə yayımlanacaq
  13 Noyabr 2013    Oxunub:1634
22-24 noyabrda keçiriləcək yarış üçün Hökumət evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Bakıda növbəti dəfə avtoralli şou baş tutacaq. Bunun üçün artıq bir sıra küçələrdə beton dəmir konstruksiyalar quraşdırılıb. Şounun 22-24 noyabr keçirilməsi nəzərdə tutulub.

Avtomobillərin yarışı üçün hökumət evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib. Artıq bu yollarda işlərin bir hissəsi yekunlaşmaq üzrədir. Yarışda CT-3-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin tarixi "Formula 1" yarışının 15 avtomobili iştirak edəcək. Sözügedən maşınlar Xəzər dənizi boyunca uzanan 4 km uzunluğundakı yolda yarış dairəsində düzüləcəklər.

Yarış Avropa, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 175-ə qədər ölkənin kanallarında göstəriləcək. Avtoralli ustaları ötən ilin oktyabr ayında keçirilən yarışda olduğu kimi izləyicilərə həyəcanlı anlar yaşadacaqlar.

Avtoralli yarışı ilə əlaqədar paytaxtda bir sıra küçə və prospektlər bağlanacaq. Xüsusilə Bakının Neftçilər prospekti və Bibiheybət məscidi istiqamətindən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Eləcə də Lökbatan dairəsinə gedən yolda avtomobillərin hərəkətinə icazə verilməyəcək.


Teqlər:  





Xəbər lenti