Bakıda maşın dirəyə çırpılıb, sərnişin ölüb

Bakıda maşın dirəyə çırpılıb, sərnişin ölüb
  13 Fevral 2019    Oxunub:1712
Yanvarın 12-də saat 22 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Qurbanov idarə etdiyi “Ravon” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bəticədə avtomobildəki sərnişin, paytaxt sakini B.İmanov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti