Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova
AzVision.az -a bildirib ki, 12 fevral 2019-cu il tarixində səhər saat 07:28-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Xırdalan stansiyasının girişində dəmir yolunu müəyyən edilməmiş yerdən keçən Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızını vurub.
Hadisə nəticəsində R. Abbasova dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Elvin Abdulqədirov
AzVision.az