FHN köməksiz qalan azyaşlını xilas edib

FHN köməksiz qalan azyaşlını xilas edib
  12 Fevral 2019    Oxunub:1621
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti