Bakıda 6 maşından oğurluq edən şəxs tutuldu

  12 Fevral 2019    Oxunub : 837
Bakıda 6 maşından oğurluq edən şəxs tutuldu
Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin törətdiyi digər cinayət əməlləri müəyyən edilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, E.İsayevin ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 6 avtomobildən pul, mobil telefon, kosmetik əşyalar, maqnitofon və geyim əşyaları və içərisində 32.000 rus rublu (960 manat) və sənədlər olan çanta oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   Cinayət