“İşsizin DOSTu” 25 min nəfəri işlə təmin edib

“İşsizin DOSTu” 25 min nəfəri işlə təmin edib
  12 Fevral 2019    Oxunub:3553
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti