Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi sadələşdirildi

  12 Fevral 2019    Oxunub : 835
 Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi sadələşdirildi
Valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşdirilib.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilib.

Qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi.

Dəyişikliyə əsasən, bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru ("Azərpoçt" MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Valyuta   Lisenziya