DİM: 12 mindən çox bakalavr ərizəsini təsdiqlədib

   DİM:    12 mindən çox bakalavr ərizəsini təsdiqlədib
  11 Fevral 2019    Oxunub:2491
2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Fevralın 11-i saat 17:55-ə olan məlumata əsasən, 12551 bakalavr ərizə doldurub və onlardan 12079-u öz ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Xatırladaq ki, bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti