Bakının mərkəzində silahlı şəxs saxlanılıb - FOTO

Bakının mərkəzində silahlı şəxs saxlanılıb -  FOTO
  11 Fevral 2019    Oxunub:3054
Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, təkrar törədildikdə) 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci( qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb.



Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 9 ədəd 7.62 kalibrli patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı 9-cu Polis Bölməsində Z.Stumbin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.



Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti