Göyçay və Hacıqabulda narkotik əməliyyatı keçirilib

  11 Fevral 2019    Oxunub : 1003
Göyçay və Hacıqabulda narkotik əməliyyatı keçirilib
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb. Bundan başqa Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini 47 yaşlı Dildar İsmayılov saxlanılıb. Onun üzrinə keçirilən baxış zamanı ümumi çəkisi 21,246 qram qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik