Ötən il qeydiyyata alınan patentlərin sayı açıqlanıb

  11 Fevral 2019    Oxunub : 603
Ötən il qeydiyyata alınan patentlərin sayı açıqlanıb
"Ötən il ərzində sənaye mülkiyyəti obyektləri üzrə dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur".
Azvision.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov məlumat verib. Onun sözlərinə görə, ötən il ərzində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2 973 müraciət və ərizə daxil olub.

"Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye müəssisələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur".

Sədr qeyd edib ki, müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb: "Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb. Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib".

Aytən Zəhra
Azvision.az

Teqlər: İxtira   Patent