Keçmiş məhkuma cinayət işi açıldı

Keçmiş məhkuma cinayət işi açıldı
  11 Fevral 2019    Oxunub:2221
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunan S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılmışdır. İstintaq və əməliyyat tədbirləri aparılır.

Azvision.az




Teqlər: DİN   Narkorik  





Xəbər lenti