Bu il 3 min "Xəzər" avtomobili istehsal olunacaq

Bu il 3 min "Xəzər" avtomobili istehsal olunacaq
  09 Fevral 2019    Oxunub:3987
Avtomat ötürücülu "Xəzər" avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.
Azvision.az xəbər verir ki, bunu "Azərmaş" İdarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında bildirib.

E.Axundovun sözlərinə görə, artıq avtomat ötürücülü avtomobillər istehsal olunub:

"Hazırda avtomobillər sınaq müddətindədirlər. 10 gün sonra həmin avtomobilləri satışda görəcəksiz. "Peugoet" markalı avtomat ötürücülu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq".

O qeyd edib ki, bu il 3000 ədəd "Xəzər" avtomobilinin istehsalı nəzərdə tutulub:

"Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiyməti 13 500 manatdan 21 000 manatadəkdir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəzər   Avtomobil  





Xəbər lenti