“Xəzər” avtomobilləri Ukraynaya ixrac ediləcək

  09 Fevral 2019    Oxunub : 1118
 “Xəzər” avtomobilləri Ukraynaya ixrac ediləcək
Azərbaycanda istehsal edilən “Xəzər” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.
Azvision.az -ın məlumatına görə, bunu “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Emin Axundov deyib. O, ilkin olaraq 300 avtomobilin ixracının nəzərdə tutulduğunu bildirib:

“İxraca cari ilin ortalarında başlanacaq. Bu günə qədər 1250 “Xəzər” maşını satılıb. Onların 400-ə yaxını dövlət idarələri tərəfindən, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb. Avtomobillərin 25-30 faizi kredit yolu ilə əldə edilib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Avtomobil   Ukrayna