Qonaq getdiyi evdən 9 min manat oğurladı

Qonaq getdiyi evdən 9 min manat oğurladı
  09 Fevral 2019    Oxunub:2478
Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dollar pul oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o saxlanılıb.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti