DİM müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib

  08 Fevral 2019    Oxunub : 837
DİM müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, müsahibəyə 6 dövlət orqanında mövcud olan 40 vakant vəzifə çıxarılıb. Ümumilikdə 89 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyəti ən çox İqtisadiyyat Nazirliyinin daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd) vəzifələri üzrə müşahidə olunub.

Müsahibələrin fevralın 14-22-də keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur. Bu, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Azvision.az

Teqlər: DİM   Müsahibə