Bakıda evdən içində qızıl olan seyf oğurlanıb

Bakıda evdən içində qızıl olan seyf oğurlanıb
  08 Fevral 2019    Oxunub:1680
Oğurluq etdiklərinə görə tutulan şəxslərin törətdiyi digər cinayət əməli də müəyyən edilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş A.Heydərovun və Ə.Xankişiyevanın ətraflarında Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 6-da Səbail rayonu ərazisindəki evlərin birindən içərisində 15.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk olan seyfi, yanvarın 28-də isə daha bir evdən televizor oğurlamaları da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti